Sumqayıtda voleybolçuların seçim xarakterli məşqləri - FOTO

Xəbərlər
5 Sentyabr 2024 10:35
124
Sumqayıtda voleybolçuların seçim xarakterli məşqləri - FOTO

2010-2011 və 2012-ci il təvəllüdlü voleybolçu oğlanlardan ibarət yığma komandaların formalaşdırılması üçün təşkil olunan seçmə xarakterli məşqlər bu dəfə Sumqayıt şəhərində keçirilib.

İdman.biz xəbər verir ki, sentyabrın 3-də və 4-də Sumqayıt OİK-də yeniyetmə, gənc oğlanlardan ibarət milli komandaların baş məşqçisi Cahangir Seyed Abbasi tərəfindən seçmə xarakterli məşqlər keçirilib.

Məşqlərdə 15 idmançı iştirak edib. “Sumqayıt RVK”nın, eləcə də RVK-lara daxil olan ətraf bölgələrin 2010-2011 və 2012-ci il təvəllüdlü voleybolçularının qatıldığı məşqlərdə fərqlənən və müvafiq kriteriyalara cavab verən voleybolçuların qeydiyyatı aparılıb.

Qeyd edək ki, bu seçimlərin aparılmasında əsas məqsəd 2010-2011 və 2012-ci il təvəllüdlü voleybolçulardan ibarət yığma komandaların formalaşdırılmasıdır. Belə seçim xarakterli məşqlər digər bölgələrdə də həyata keçiriləcək.

İdman.biz

Məqalədə: