“Gəncə”də braziliyalı voleybolçu

Xəbərlər
5 Sentyabr 2024 12:12
124
“Gəncə”də braziliyalı voleybolçu

“Gəncə” braziliyalı voleybolçu Kerolayn Ferreira Perotto ilə güclənib.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ötən mövsümü İsveçin “Hytle Halmstad” komandasında keçirən Kerolayn Ferreira Perotto Tunisdə “Esperance Sportiv”, CSS, Peruda “Circolo” klublarının şərəfini qoruyub. O, ölkəsində “Brasilia Volei”, UPIS, “Pinheiros” və “ADC Bradesco” komandalarının uğurları üçün çalışıb.

Qeyd edək ki, bu, bölgə klubunun 4-cü legioner transferidir. Buna qədər onlar rusiyalı Mariya Tuşova, Anastasiya Atepalina və tailandlı Tiçak Bunlertini heyətlərinə qatıblar.

İdman.biz