Ayşən mövsümün hazırlıqlarına başlayıb

Xəbərlər
5 Sentyabr 2024 15:52
147
Ayşən mövsümün hazırlıqlarına başlayıb

Macarıstan "Vaşası"nın heyətində Azərbaycan millisinin voleybolçusu Ayşən Əbdüləzimova mövsümün hazırlıqlarına başlayıb.

İdman.biz xəbər verir ki, əsas məşqlərini keçirən komanda yaxın vaxtlarda bir sıra yoxlama oyunlarına çıxacaq.

Macarıstanın ən yaxşı klubu üçün mövsüm ənənəvi olaraq hadisələrlə zəngin olacaq - komandanı Çempionlar Liqası gözləyir.

Qeyd edək ki, son bir neçə ildir Ayşən “Vaşaş”ın kapitanıdır.

İdman.biz