Millinin daha bir voleybolçusu “Abşeron”da

Xəbərlər
9 Sentyabr 2024 11:55
139
Millinin daha bir voleybolçusu “Abşeron”da

“Abşeron” Azərbaycan millisinin daha bir voleybolçusu ilə güclənib.

İdman.biz xəbər verir ki, klub ölkə çempionatının gümüş mükafatçısı hücumçu Nikalina Başnakovanı sıralarına qatıb.

Başnakova ötən mövsüm İtaliyada "Pallavolo Kosta Volpino"da çıxış edib. Bundan əvvəl isə Macarıstan və Türkiyə çempionatlarında oynayıb.

Qeyd edək ki, “Abşeron” bundan əvvəl blokçu Anastasiya Mertsalovanın transferini həyata keçirib.

İdman.biz