Rusiyalı voleybolçu “Murov Az Terminal”ı tərk edib

Xəbərlər
9 Sentyabr 2024 17:58
99
Rusiyalı voleybolçu “Murov Az Terminal”ı tərk edib

Azərbaycanın “Murov Az Terminal” voleybol klubu legioneri ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, hücumçu Natalya Dumçeva komandadan ayrılıb.

Rusiyalı idmançı karyerasını Türkiyədə davam etdirəcək. O, “Konya Ereğli Belediyespor” ilə müqavilə imzalayıb.

Bundan əvvəl vətəninə - Karaqandaya qayıdan qazaxıstanlı libero Yelena Malaxova, eləcə də karyerasını “Atom-Kursk”da davam etdirəcək rusiyalı Bella Qatsalova “Murov Az Terminal”ı tərk edib.

İdman.biz