Transfer dövründə Azərbaycan voleybol klubları arasında ən fəalı "Gəncə"dir.
İdman.biz xəbər verir ki, bölgə komandası indiyə kimi 9 keçidi rəsmiləşdirib.
Onların arasında Tailand, Braziliya, Rusiya və Ukraynadan olan oyunçular da var. Avstraliya, ABŞ, Monteneqro, Finlandiya və Belarusdan olan voleybolçuları heyətinə qatan "Milli Aviasiya Akademiyası" 8-ci transferə imza atıb.
"Abşeron" 4 oyunçu alıb. Onların arasında Azərbaycan milli komandasının voleybolçuları ilə yanaşı, Fransa və Macarıstan idmançıları da var.
İdman.biz