Hakimimiz Çempionlar Liqasının oyununa təyinat alıb

Xəbərlər
11 Sentyabr 2024 14:23
271
Hakimimiz Çempionlar Liqasının oyununa təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Zaur Hacıyev yeni mövsümdə qadınlar arasında keçiriləcək avrokubok oyununa təyinat alıb.

İdman.biz xəbər verir ki, o, "Türk Hava Yolları"nın 1/16 CEV kubokundakı ilk oyununu idarə edəcək.

Türkiyə klubunun rəqibi hələ müəyyənləşməyib. İstanbul təmsilçisinin rəqibi Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində uduzan komanda olacaq. Qarşılaşma noyabrın 11-də İstanbulda baş tutacaq.

Qeyd edək ki, oyunun digər hakimi Roman Marşnerdir (Çexiya).

İdman.biz

Məqalədə: