“Abşeron”da fransalı voleybolçu - FOTO

Xəbərlər
11 Sentyabr 2024 14:38
95
“Abşeron”da fransalı voleybolçu - FOTO

“Abşeron” voleybol klubu heyətini gücləndirməkdə davam edir.

İdman.biz xəbər verir ki, ölkə çempionatının gümüş mükafatçısı fransalı Şerilin Başorunla güclənib.

O, mərkəz blokçusu kimi oynayır və ötən mövsümü İspaniyanın “Kile Sokuelyamos” klubunda keçirib.

Qeyd edək ki, "Abşeron" daha əvvəl Azərbaycan millisinin iki voleybolçusu, Nikalina Başnakova və Anastasiya Mertsalova ilə müqavilə imzalayıb. Digər transfer isə macarıstanlı Mariya Çiliçdir.

İdman.biz

Məqalədə: