“Azərreyl” legioneri ilə yollarını ayırıb

Xəbərlər
12 Sentyabr 2024 13:04
117
“Azərreyl” legioneri ilə yollarını ayırıb

Azərbaycanın “Azərreyl” voleybol klubu legioneri ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, xorvatiyalı hücumçu Katarina Pilepik bundan sonra “dəmiryolçular”ın şərəfini qorumayacaq.

O, Tailandın “Nakhon Ratçasima” klubu ilə müqavilə imzalayıb.

Qeyd edək ki, daha əvvəl “Azərreyl”dən tailandlı libero Pianut Panna və dominikanlı blokçu Gineiri Martinez, eləcə də türkiyəli hücumçu Fatma Dəmir də ayrılıb.

İdman.biz