Səmədova "Alba" ilə məşqlərini davam etdirir

Xəbərlər
17 Sentyabr 2024 17:21
102
Səmədova "Alba" ilə məşqlərini davam etdirir

Azərbaycan milli komandasının voleybolçusu Yelizaveta Səmədova Rumıniyanın "Alba" klubunun heyətində yeni mövsümə hazırlığını davam etdirir.

İdman.biz xəbər verir ki, komanda bir aydan çoxdur yeni baş məşqçi italiyalı Marko Mussonun rəhbərliyi altında məşqlərə başlayıb.

Millimizin blokçusu Alena Xarçenko da adıçəkilən klubun heyətinə qatılıb. Təqvimə əsasən, "Alba" mövsümə evdə hazırlaşır və yoxlama oyunları keçirir.

Qeyd edək ki, Səmədova son iki mövsümü Rumıniyanın "Luqoj" klubunda keçirib.

İdman.biz