"Azərreyl"in yeni baş məşqçisi açıqlanıb

Xəbərlər
18 Sentyabr 2024 17:22
96
"Azərreyl"in yeni baş məşqçisi açıqlanıb

Qadın voleybolçulardan ibarət "Azərreyl"in yeni baş məşqçisi bəlli olub.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda italiyalı Paolo Tofoliyə tapşırılıb. 58 yaşlı mütəxəssisin müqaviləsinin detalları açıqlanmayıb.

Qeyd edək ki, o, bu postda Cengiz Akarçeşmeni əvəzləyib.

İdman.biz