Rəhimovadan Paulista çempionatında uğurlu çıxış

Xəbərlər
19 Sentyabr 2024 15:31
297
Rəhimovadan Paulista çempionatında uğurlu çıxış

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Braziliyada mövsümün əvvəlində “Osasko”nun heyətində uğurlu çıxış edir.

İdman.biz xəbər verir ki, Paulista çempionatında mübarizə aparan komanda 5 oyunda 4 qələbə qazanıb.

12 xal toplayan “Osasko” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Rəhimova komandasının güclü oyunçusuna çevrilib. O, hər görüşdə klubunun uğuruna öz töhfəsini verir.

İdman.biz