Millimiz 9 aydan sonra seçmə oyunlara davam edəcək

Xəbərlər
20 Sentyabr 2024 17:34
47
Millimiz 9 aydan sonra seçmə oyunlara davam edəcək

Kişi voleybolçulardan ibarət Azərbaycan yığmasının 2026-cı il Avropa çempionatının seçmə turnirində iki oyunu qalıb.

İdman.biz xəbər verir ki, səfərdə Avstriyaya və evdə Belçikaya iki məğlubiyyətdən sonra Fərid Cəlalovun yetirmələrini yenidən bu rəqiblərlə görüşlər gözləyir.

Düzdür, onlardan ən yaxını 9 aydan sonra keçiriləcək - 2025-ci il iyunun 28-də yığmamız öz meydanında avstriyalıları qəbul edəcək, iyulun 13-də isə Belçikada son oyununu keçirəcək.

Bu arada, ilk dövrədən sonra Belçika, Danimarka, Çexiya, Yunanıstan, Estoniya və Latviya öz qruplarında təsnifat mərhələsinin lideri olublar.

Qeyd edək ki, Avropa çempionatı Bolqarıstan, Finlandiya, İtaliya və Rumıniyada keçiriləcək.

İdman.biz

Məqalədə: