“Gəncə” Azərbaycanın voleybol klubları arasında transfer bazarında lider olaraq qalır.
İdman.biz xəbər verir ki, son çempionatda 4-cü yeri tutan bölgə komandası bu günə kimi 9 transfer həyata keçirib.
Onların arasında Tailand, Braziliya, Rusiya və Ukraynadan olan oyunçular da var.
“Milli Aviasiya Akademiyası” tərəfindən Avstraliya, ABŞ, Monteneqro, Finlandiya və Belarusiya voleybolçuları ilə 8 transfer tamamlanıb.
“Abşeron”un 5 transferi var. Onların arasında Azərbaycan milli komandasının üzvləri ilə yanaşı, Türkiyə, Fransa və Macarıstan idmançıları da var.
İdman.biz