Paolo Tofoli: “Asan deyil, lakin bacaracağıq” - MÜSAHİBƏ

Müsahibə
21 Sentyabr 2024 15:36
238
Paolo Tofoli: “Asan deyil, lakin bacaracağıq” - MÜSAHİBƏ

Qadın voleybolçulardan ibarət “Azərreyl” komandasına yeni gələn baş məşqçi italiyalı Paolo Tofolinin İdman.bizə müsahibəsi

- “Azərreyl”ə keçidiniz necə reallaşdı?

- Bu barədə menecerim mənə məlumat verdi. O dedi ki, “Azərreyl” komandası baş məşqçi axtarışındadır. Məndə bu klubla maraqlanıb nə qədər prestijli bir yer olduğunu öyrəndim. Ona görə də bu təklifi qəbul etdim.

- Klubda əsas məqsədiniz nədir?

- Əsas məqsədim mövsüm boyu mümkün qədər qələbə qazanmaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik. Təbii ki, asan deyil, lakin bacaracağıq.

- Daha öncədən Azərbaycan voleybolu barədə məlumatınız var idi?

- “Azərreyl”in bir oyununa baxmışam. Lakin 2011-ci ildə “Skavolini Pesaro” komandası ilə “Rabitə”yə qarşı oynamaq üçün Bakıya gəlmişdim. Bu qədər. Elə də geniş məlumatım yox idi.

- Rəhbərlik sizin qarşınıza hansı hədəfləri qoyub?

- ⁠Təbii ki, daima yaxşı olmaq bizim qarşımıza qoyulan əsas vəzifədir. Bunu da yerinə yetirməyə çalışacağıq.

- Kluba yeni voleybolçuların gəlməsi gözlənirmi?

- ⁠Komandamız artıq tamamlanıb. Bir kolumbiyalı blokçumuz oktyabr ayında gələcək. Digərləri isə artıq heyətimizdə yer alıb.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: