Millimizin voleybolçusu üçün Rusiyada ilk qələbə

Xəbərlər
23 Sentyabr 2024 18:05
89
Millimizin voleybolçusu üçün Rusiyada ilk qələbə

Azərbaycan milli komandasının voleybolçusu Kristina Besmanın çıxış etdiyi “Yenisey” Rusiya çempionatında ilk qələbəsini qazanıb.

İdman.biz xəbər verir ki, Krasnoyarsk təmsilçisi ikinci turda "Omiçka" ilə ev matçında 3:2 hesabı ilə qalib gəlib.

Voleybolçumuz bu görüşdə xal qazanmayıb. O, matçda beş setin hamısında iştirak edib.

Qeyd edək ki, “Yenisey” 2 xalla 9-cu pilləyə yüksəlib.

İdman.biz