Puerto-rikolu libero "Azərreyl"də

Xəbərlər
23 Sentyabr 2024 20:15
375
Puerto-rikolu libero "Azərreyl"də

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu heyətini legionerlə gücləndirib.

İdman.biz xəbər verir ki, komanda Nayka Beniteslə müqavilə imzalayıb.

Puerto-rikolu voleybolçu ilə razılaşma mövsümün sonuna kimi nəzərdə tutulub. 35 yaşlı oyunçu libero mövqeyində çıxış edir.

Qeyd edək ki, Benites son mövsümü ölkəsinin “Atenienses de Manati” klubunda keçirib.

İdman.biz