Nərgiz İsmayılova Çempionlar Liqasının oyununa təyinat alıb

Xəbərlər
1 Oktyabr 2024 09:23
380
Nərgiz İsmayılova Çempionlar Liqasının oyununa təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin koordinatoru Nərgiz İsmayılova Çempionlar Liqasının oyununa təyinat alıb.

İdman.biz xəbər verir ki, İsmayılova kişi voleybolçular arasında Çempionlar Liqasının təsnifat mərhələsinin II raundunda “Volley Schönenwerd” (SUI) və “CSM Corona Brasov” (ROU) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Oyun bu gün İsveçrənin Schönenwerd şəhərində keçiriləcək.

Görüşün hakimləri niderlandlı Geldof Helena və ispaniyalı Robles Garcia Carlos Alberto olacaq.

İdman.biz