Azərbaycan millisinin voleybolçusu Rusiya çempionuna qarşı oynayıb

Xəbərlər
1 Oktyabr 2024 15:25
108
Azərbaycan millisinin voleybolçusu Rusiya çempionuna qarşı oynayıb

"Yenisey"də çıxış edən Azərbaycan milli komandasının voleybolçusu Kristina Besman dəfələrlə Rusiya çempionu olmuş kluba qarşı oynayıb.

İdman.biz xəbər verir ki, Rusiya çempionatının 4-cü turunda Kazanda səfərdə olan Krasnoyarsk klubu üç hissədə "Dinamo-Ak Bars"a məğlub olub.

Toppaylayıcı mövqeyində çıxış edən Besman start altılığında meydana çıxıb.

Hazırda "Enisey" 3 xalla 13-cü pillədə qərarlaşıb.

İdman.biz