Kolumbiyalı voleybolçu "Azərreyl"də

Xəbərlər
4 Oktyabr 2024 18:24
111
Kolumbiyalı voleybolçu "Azərreyl"də

Qadınlardan ibarət "Azərreyl" klubu heyətini gücləndirib.

İdman.biz xəbər verir ki, "dəmiyolçular" Katerin Melissa Ramirez Reyeslə müqavilə imzalayıblar.

Kolumbiyalı voleybolçu ilə razılaşma mövsümün sonuna kimi nəzərdə tutulub. 19 yaşlı Melissa ölkəsinin yığmasında çıxış edir.

Qeyd edək ki, Reyes mərkəz və blokda oynayır.

İdman.biz