"Klublarda yerli idmançıların sayı kifayət deyil".
İdman.biz xəbər verir ki, bunu voleybol üzrə qadınlar və kişilər arasında təşkil edilən ölkə kuboku və Yüksək Liqa yarışlarının püşkatma mərasimində Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov deyib.
O bildirib ki, əsas hədəf yerli voleybolçuların inkişafıdır: "Klublara xaricdən oyunçuların gətirilməsinə icazə veririk. Ancaq bu, limitlidir. Yerli idmançıların sayının artırılması bizim əsas hədəflərimizdəndir. Biz aşağı yaş qrupları üzrə iş aparmağı qarşımıza əsas məqsəd kimi qoymuşuq. Proses yalnız Bakıda yox, regionlarda da aparılır. Azərbaycan Voleybol Federasiyası tərəfindən gənclərin voleybola cəlb edilməsi istiqamətində artıq müəyyən işlər görülür. Artıq əminliklə deyə bilərik ki, regionlarımızda voleybol hərəkatına start verilib".
Aytac Sahəd
İdman.biz