Millimizin voleybolçusundan Çempionlar Liqasında parlaq oyun

Xəbərlər
9 Oktyabr 2024 17:34
290
Millimizin voleybolçusundan Çempionlar Liqasında parlaq oyun

Rumıniyanın Braşov şəhərinin “Korona” klubunda çıxış edən Azərbaycan milli komandasının voleybolçusu Andrey Melnikov komandasının Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlməsinə kömək edib.

İdman.biz xəbər verir ki, onun komandası iki görüşün yekununda İsveçrənin “Şönenveld” klubunu üstələyib.

Səfərdə rəqibini 3:1 hesabı ilə məğlub edən “Korona” öz meydanında minimal fərqlə uduzub – 2:3. Cavab matçında Melnikov uğurla çıxış edib. O, servisdə üç ən yaxşıdan biri olub. Onun dəqiqliyi 3,1 faiz təşkil edib.

Qeyd edək ki, Rumıniya klubunun avrokubokların növbəti mərhələsindəki rəqibi yaxın günlərdə müəyyənləşəcək.

İdman.biz

Məqalədə: