Azərbaycan çempionu Kiprə yollanıb

Xəbərlər
10 Oktyabr 2024 14:50
255
Azərbaycan çempionu Kiprə yollanıb

Qadın voleybolçular arasında Azərbaycan çempionu “Azərreyl”də növbəti ayrılıq yaşanıb.

İdman.biz xəbər verir ki, Anna-Mariya Berdila komandadan ayrılıb.

Rumıniyalı oyunçu karyerasını Kipr çempionatında davam etdirəcək. O, “Anortosis” klubu ilə müqavilə imzalayıb.

Berdila üçün bu, Rumıniyadan kənarda çıxış etdiyi ikinci komanda olacaq.

İdman.biz

Məqalədə: