Rusiyalı voleybolçu "Gəncə"dən ayrılıb.
İdman.biz xəbər verir ki, libero mövqeyində çıxış edən Vitalina Andreyanenkova karyerasını vətənində davam etdirəcək.
O, Taqanroq klubu olan "Krasnıye krılya"ya keçib.
Maraqlıdır ki, gəncəlilər mövsümün sonunda Andreyanenkova ilə müqavilənin müddətini uzatdıqlarını bildirsələr də, sonradan voleybolçu planlarını dəyişib.
İdman.biz