Rəhimova Braziliya çempionatının startını gözləyir

Xəbərlər
21 Oktyabr 2024 16:44
86
Rəhimova Braziliya çempionatının startını gözləyir

Sabah qadınlar arasında voleybol üzrə Braziliya çempionatında yeni mövsüm start götürür.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin voleybolçusu Polina Rəhimovanın çıxış etdiyi "Osasko" yarışa səfər oyunu ilə başlayacaq.

Oktyabrın 22-də liqanın favoritlərindən biri ötən mövsüm 9-cu yeri tutmuş "Marinqa" ilə qarşılaşacaq.

Qeyd edək ki, "Osasko" ötən çempionatda yarımfinala yüksəlib, cari mövsümə Paulista çempionatında qələbə ilə başlayıb. Polina üçün bu, Braziliya çempionatında ikinci yarış təcrübəsi olacaq. O, əvvəllər Baurunun "Sessi Voley" klubunda oynayıb.

İdman.biz