Reytinq açıqlanıb: Millilərimizin mövqeyi dəyişib

Xəbərlər
22 Oktyabr 2024 09:34
227
Reytinq açıqlanıb: Millilərimizin mövqeyi dəyişib

Voleybol yığmalarının FİVB reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, cədvəldə Azərbaycan milli komandalarının da mövqeyi bəlli olub.

Qadın voleybolçulardan ibarət millimiz 108,95 xalla dünyanın 35-ci komandasıdır. Faiq Qarayevin rəhbərlik etdiyi komanda son siyahı ilə müqayisədə 4 pillə geriləyib.

Qadın yığmaların cədvəlinə İtaliya başçılıq edir. Onların aktivində 437,03 xalı var. İtaliyanı Braziliya izləyir (407,09 xal). “Üçlüy”ü ABŞ qapayır – 362,27 xal.

Kişilərdən ibarət komandamız da mövqeyini dəyişib. Yığma 22,31 xalla 82-ci pilləyə enib. Onlar 7 rəqibini özlərindən irəli buraxıblar.

İlk “üçlük”də də dəyişiklik olub. Polşa (401,31) liderliyini qoruduğu halda, Fransa (378,07) ikinci pilləyə yüksəlib. ABŞ (365,87) isə üçüncüdür.

İdman.biz

Məqalədə: