Polina Rəhimova Braziliyada mövsümün afişasında

Xəbərlər
22 Oktyabr 2024 11:54
46
Polina Rəhimova Braziliyada mövsümün afişasında

Ötən gün qadınlar arasında voleybol üzrə Braziliya çempionatı başlayıb.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin oyunçusu Polina Rəhimovanın çıxış etdiyi "Osasko" çempionata səfər matçı ilə başlayacaq.

Bu gün liqanın favoritlərindən biri ötən mövsümü 9-cu pillədə başa vuran “Marinqa” ilə üz-üzə gələcək. Matçdan əvvəl Polinanın yer aldığı afişa yayımlanıb.

Qeyd edək ki, “Osasko” ötən çempionatda yarımfinala yüksəlib, cari mövsümə isə Paulista çempionatında qələbə ilə start verib.

Polina üçün bu, Braziliya çempionatında ikinci yarış təcrübəsi olacaq. Daha əvvəl o, “Sessy Voley”də oynayıb.

İdman.biz