Rəhimova Braziliya çempionatının startında "5" alıb

Xəbərlər
23 Oktyabr 2024 09:47
146
Rəhimova Braziliya çempionatının startında "5" alıb

Braziliyada qadınlar arasında voleybol üzrə ölkə çempionatı başlayıb.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin oyunçusu Polina Rəhimovanın çıxış etdiyi “Osasko” çempionata uğurlu start verib.

Komanda səfərdə "Marinqa"ya 3:0 hesabı ilə qalib gəlib. Polina oyuna ilk “altılıqda” başlamasa da, sonradan meydana çıxıb və 5 xal qazanıb.

Rəhimova üçün bu, Braziliya çempionatında ikinci mövsüm təcrübəsi olacaq. O, daha əvvəl “Sessy Voley”də oynayıb.

İdman.biz