Azərbaycan milli komandasının voleybolçusu Yelizaveta Ruban Çağırış Kubokunun 1/32 final mərhələsinin ilk oyununda ən məhsuldar oyunçu olub.
İdman.biz xəbər verir ki, hücumçunun çıxış etdiyi Rumıniyanın "Luqoj"u klubu ilk avrokubok matçında evdə Şimali Makedoniya "Rabotniçki"si ilə qarşılaşıb.
Meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib, Ruban isə 12 xal qazanıb.
Komandalar arasında cavab oyunu bu gün baş tutacaq.
İdman.biz