Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ölkə kubokunda kişi voleybolçular mübarizəyə başlayıblar.
İdman.biz xəbər verir ki, bu gün iki oyun baş tutub.
A qrupunda yer alan “Gənclər” və “Neftçi” komandaları GİN-in Voleybol Mərkəzində üz-üzə gəliblər. Bu oyun “Neftçi”nin quru hesablı qələbəsi ilə yekunlaşıb.
FHN-in İdman zalında keçirilən qarşılaşma isə “Xilasedici” və “Murov Az Terminal” klubları arasında olub. “Xilasedici” hər 3 setdə rəqibindən güclü olub.
Qeyd edək ki, kişi voleybolçuların ölkə kubokunda növbəti qarşılaşmalar oktyabrın 29-də Sumqayıt OİK-də və Bakıda GİN-nin Voleybol Mərkəzində baş tutacaq. Həmin gün A qrupunda mübarizə aparan “Gənclər” klubu Sumqayıtda “Azərrey”lə, B qrupunda yer alan “Xilasedici” isə GİN-nin Voleybol Mərkəzində MOİK komandası ilə üz-üzə gələcək.
Ölkə kuboku
Kişilər
26 oktyabr
A qrupu
“Gənclər” - “Neftçi” - 0:3 (16:25, 12:25, 10:25)
B qrupu
“Xilasedici” - “Murov Az Terminal” - 3:0 (25:17, 25:23, 25:21)
İdman.biz