"Xilasedici" voleybol klubu heyətini yeni oyunçularla gücləndirməyə davam edir.
İdman.biz xəbər verir ki, Bakı təmsilçisinin növbəti transferi türkiyəli libero Onurcan Çakır olub.
O, bunadək "Arkas Sport" klubunun şərəfini qoruyub.
Qeyd edək ki, daha əvvəl serbiyalı hücumçu Aleksandar Tumbas və millimizin toppaylayıcısı Roman Qurski komandaya qoşulub. “Xilasedicilər” kubalı hücumçular Luis Rodriges və Luis Enrike Reyesi, Rusiyadan olan hücumçular – İvan Volodin və Aleksandr Popleteyevi də alıblar.
Onlardan başqa, "Xilasedici" Azərbaycan milli komandasının voleybolçuları - blokçu Dmitri Baranov və libero Asif Əliyevlə də güclənib. Komandaya əvvəllər “Neftçi”nin şərəfini qoruyan Mirhasil Seyidli də gəlib.
Heyətə bolqarıstanlı toppaylayıcısı Aleksandar Borisov da cəlb olunub.
İdman.biz