Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimova Braziliya çempionatında matçın ən yaxşı oyunçusu seçilib.
İdman.biz xəbər verir ki, 3-cü turda hücumçumuzun çıxış etdiyi “Osasko” səfərdə “Pinheiros”a 3:0 hesabı ilə qalib gəlib.
Start "altılıq"da yer alan Polina matçı kifayət qədər fəal keçirib və xüsusi mükafata layiq görülüb.
Qeyd edək ki, çempionatın ilk üç turundan sonra “Osasko”nun 9 xalı var və liderlər arasındadır.
İdman.biz