“Xilasedici” Azərbaycan kubokunu qazanıb - FOTO

Xəbərlər
4 Noyabr 2024 17:51
299
“Xilasedici” Azərbaycan kubokunu qazanıb - FOTO

Voleybol üzrə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təşkil olunan Azərbaycan kubokunun ilk qalibi bəlli olub.

İdman.biz xəbər verir ki, kişi voleybolçular arasında finalda "Azərreyl" və "Xilasedici" üz-üzə gəlib.

GİN-nin Voleybol Mərkəzində keçirilən oyuna yaxşı başlayan Cəlal Cəlilovun komandası inamlı qələbə qazanıb. Hər 3 setdə rəqibini məğlub edən "Xilasedici" “quru hesabla” qalib gəlib – 3:0 (25:18,25:21,25:23).

Qeyd edək ki, günün ikinci qarşılaşmasında qadın voleybolçular qalibi müəyyənləşdirəcəklər. Finalda "Gəncə" və "Abşeron" üz-üzə gələcək.

Emin Ağa
İdman.biz