Qalib baş məşqçi: "Azərbaycan voleybolunun gələcəyi parlaqdır"

Xəbərlər
4 Noyabr 2024 21:32
117
Qalib baş məşqçi: "Azərbaycan voleybolunun gələcəyi parlaqdır"

"Çox yüksək səviyyədə keçirilən Azərbaycan kubokunun şahidi olduq".

İdman.biz xəbər verir ki, bunu "Abşeron" komandasının baş məşqçisi Famil Ağayev deyib.

Mütəxəssis "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təşkil olunan Azərbaycan kubokunun finalında "Gəncə"yə 3:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib. O bildirib ki, Azərbaycan voleybolu inkişaf yolundadır: "Bütün komandalar uğurlu şəkildə çıxış etdilər. Gərgin mübarizənin şahidi olduq. Həm kişilərdə, həm də qadınlarda maraqlı görüşlər izlədik. Bu da onu göstərir ki, Azərbaycan voleybolunun gələcəyi parlaqdır. Gənc nəsilə və bütün idmançılra uğurlar arzu edirəm".

Qeyd edək ki, "Abşeron" finalda "Gəncə"ni 3:0 hesabı ilə məğlub edib.

Emin Ağa
İdman.biz