Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişmana növbəti dəfə etimad göstərilib.
İdman.biz xəbər verir ki, Frişman qadın voleybolçular arasında Çempionlar Liqasının təsnifat mərhələsinin IV raundunda E qrupunun “C.S.O. Voluntari 2005” (ROU) və “BKS Bostik ZGO Bielsko-Biala” (POL) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Noyabrın 13-də Rumıniyanın paytaxtı Buxarestdə baş tutacaq qarşılaşmanın hakimləri lixtenşteynli Aleksander Sikanjic və belçikalı Koen Lutsdur.
İdman.biz