16 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Polşanın Debica şəhərinə yollanıb.
İdman.biz xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olan komanda Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında qüvvəsini sınayacaq.
Yığmamız yarışda Estoniya, Litva və Ukrayna milliləri ilə üz-üzə gələcək.
Komandamız ilk matçını noyabrın 20-də estonlara qarşı keçirəcək.
Türkiyəli mütəxəssis Polşada Nisə Əlizadə, Mələk Hacızadə, Aysel Nəbiyeva, Fatimə Əliyeva, Liel Vetkina, Kamilla Manaxova, Çinarə Yusubova, Aylin Əlizadə, Dilarə Ağayeva, Nuray Vahablı, Zeynəb Quluzadə, Mədinə Əlibəyova, Məryəm Qocayeva və Çinarə Rəhimovaya güvənəcək.
Qeyd edək ki, noyabrın 20-23-də baş tutacaq yarış AVRO-2025-ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.
İdman.biz