Yığmamız Estoniyada Latviya ilə oynayacaq

Xəbərlər
21 Noyabr 2024 12:12
151
Yığmamız Estoniyada Latviya ilə oynayacaq

Azərbaycanın 16 yaşadək voleybolçu oğlanlardan ibarət millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.

İdman.biz xəbər verir ki, yarış noyabrın 27-30-da Estoniyada keçiriləcək.

Çempionatda ev sahibi ilə yanaşı, Azərbaycan, Latviya, Gürcüstan, Ukrayna və Polşa komandaları mübarizə aparacaq. B qrupunda yer alan millimizin rəqibləri Latviya və Estoniya yığmaları olacaq.

Qeyd edək ki, yarış AVRO-2025-ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.

B qrupu

27 noyabr

17:30. Azərbaycan - Estoniya

29 noyabr
17:30. Azərbaycan - Latviya

İdman.biz

Məqalədə: