Azərbaycan milli komandasının üzvü Polina Rəhimova Braziliya çempionatının növbəti turu çərçivəsində "Osasko"nun oyununda ən məhsuldar voleybolçu olub.
İdman.biz xəbər verir ki, onun komandası lider "Praya"ya 2:3 hesabı ilə uduzaraq, liqada ikinci məğlubiyyətini alıb.
Polina 19 xal toplasa da, bu, qələbə üçün kifayət etməyib.
Qeyd edək ki, "Osasko" hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb və ehtiyatda bir oyunu qalıb.
İdman.biz