Bu gün qadın voleybolçular arasında Yüksək Liqada II tura start verilib
İdman.biz xəbər verir ki, ilk oyun günündə iki matç baş tutub.
Turun açılış görüşündə mövsümə qələbə ilə başlayan "Azərreyl" və "Murov Az Terminal" üz-üzə gəlib. Gərgin keçən qarşılaşmanın qalibi taybreykdə həll olunub. "Dəmiryolçular" 3:2 hesabı ilə qalib gəliblər.
İkinci qalibiyyət üçün meydana çıxan "Abşeron" UNEC-i sınağa çəkib. Komanda tələbələrlə görüşdə çətinlik çəkməyib. Meydan sahibləri hər 3 setdə qələbə qazanaraq lider mövqeyinə yüksəliblər.
Qeyd edək ki, tura sabah keçiriləcək "Gəncə" - "Milli Aviasiya Akademiyası" matçı ilə yekun vurulacaq.
Yüksək Liqa (qadınlar)
II tur
6 dekabr
15:00. "Azərreyl" - "Murov Az Terminal" - 3:2 (25:18, 23:25, 22:25, 25:8, 18:16)
GİN-in Voleybol Mərkəzi
17:00. "Abşeron" - UNEC - 3:0 (25:12, 25:10, 15:9)
GİN-in Voleybol Mərkəzi
1 |
Abşeron |
2 |
2 |
0 |
6-0 |
153-96 |
6 |
2 |
Azərreyl |
2 |
2 |
0 |
6-2 |
188-150 |
5 |
3 |
Murov Az Terminal |
2 |
1 |
1 |
5-3 |
167-146 |
4 |
4 |
Gəncə |
1 |
0 |
1 |
0-3 |
65-78 |
0 |
5 |
Milli Aviasiya Akademiyası |
1 |
0 |
1 |
0-3 |
58-75 |
0 |
6 |
UNEC |
2 |
0 |
2 |
0-6 |
64-150 |
0 |
İdman.biz