Ötən mövsüm "Murov Az Terminal"da çıxış edən rusiyalı voleybolçu Natalya Dumçeva özünə yeni klub tapıb.
İdman.biz xəbər verir ki, komandasının Azərbaycan çempionatında bürünc medallar qazanmasına kömək edən hücumçu karyerasını İsraildə davam etdirəcək.
Dumçeva "Makkabi Hayfa" ilə müqavilə imzalayıb. O, İsrail çempionatında çıxış edəcək.
İdman.biz