Abduləzimova "Fənərbağça" ilə matçda 5 xal toplayıb

Xəbərlər
12 Dekabr 2024 11:28
141
Abduləzimova "Fənərbağça" ilə matçda 5 xal toplayıb

Azərbaycan milli komandasının voleybolçusu Ayşən Əbdüləzimova "Fənərbağça" ilə oyunda iştirak edib

İdman.biz xəbər verir ki, Çempionlar Liqası qrup mərhələsinin 4-cü turunda Ayşənin kapitanı olduğu Macarıstan "Vaşaş"ı öz meydanında Avropa voleybolunun liderlərindən birinə uduzub.

Türkiyə təmsilçisi 3:1 hesabı ilə qalib gəlib, Ayşən isə beş xal toplayıb.

“Fənərbağça” qrupda birinci yerdə möhkəmlənib, "Vaşaş" isə “Lodz”dan (Polşa) altı xal geri qalaraq dörd iştirakçı arasında üçüncü yerdədir.

İdman.biz