Ruban "Alba"nı CEV kubokunun pley-off mərhələsinə çıxarıb

Xəbərlər
12 Dekabr 2024 11:56
63
Ruban "Alba"nı CEV kubokunun pley-off mərhələsinə çıxarıb

Azərbaycan milli komandasının voleybolçusu Yelizaveta Ruban CEV kuboku matçında ən məhsuldar oyunçu olub.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi Rumıniya "Alba"sı öz meydanında 1/8 final mərhələsinin cavab oyununda "Prostejov"u (Çexiya) məğlub edib - 3:2. Ruban 12 xal toplayıb və komandanın növbəti mərhələyə yüksəlməsinə kömək edib.

"Alba"nı 1/4 finaldan əvvəl keçiriləcək pley-off mərhələsi gözləyir.

Qeyd edək ki, rəqiblərin Çexiyada keçirilən ilk oyununda da "Alba" 3:1 hesabı ilə qalib gəlmişdi.

İdman.biz