Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Bülent Karslıoğlu karyerasını İndoneziyada davam etdirəcək.
İdman.biz xəbər verir ki, 2015-ci il Avropa çempionatında komandamıza rəhbərlik edən türkiyəli mütəxəssis "Jakarta Pertamina Energi" klubu ilə müqavilə imzalayıb.
Vaxtilə azərbaycanlı məşqçi Ziya Rəcəbovun rəhbərlik etdiyi bu komandada Natalya Məmmədova və Odina Əliyeva da çıxış edib.
Qeyd edək ki, Karslıoğlu daha əvvəl “Azərreyl” və “İqtisadçı”da da çalışıb.
İdman.biz