Azərbaycanlı hakim yenidən Çempionlar Liqasında

Xəbərlər
16 Dekabr 2024 14:28
145
Azərbaycanlı hakim yenidən Çempionlar Liqasında

Azərbaycanlı beynəlxalq voleybol hakimi Eldar Zülfüqarov bu mövsüm Çempionlar Liqasında üçüncü oyununa təyinat alıb.

İdman.biz xəbər verir ki, o, Türkiyənin “Eczacıbaşı” və Fransanın “Levallua” qadın komandalarının qarşılaşmasında hakimlik edəcək.

Oyun qrup mərhələsinin son turu çərçivəsində 2025-ci il yanvarın 22-də İstanbulda keçiriləcək.

Görüşün digər hakimi Tomislav Popoviç (Serbiya) olacaq.

Qeyd edək ki, “Eczacıbaşı” pley-offa vəsiqəni təmin edib, “Levallua” isə turnir cədvəlində sonuncudur.

İdman.biz