Dövlət qurumlarının əməkdaşları arasında voleybol yarışı keçirilib.
İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə Voleybol Mərkəzində təşkil olunan yarışda 15 komanda (9 kişi, 6 qadın) mübarizə aparıb.
Kişilər arasında Fövqəladə Hallar Nazirliyi birinci olub. İkinci və üçüncü yerlərə müvafiq olaraq SOCAR və “Azərbaycan Dəmir Yolları” QSC komandaları layiq görülüblər.
Qadınlar arasında SOCAR fəxri kürsünün ən yüksək pilləsində yer alıb. TƏBİB yarışı ikinci və AZAL isə üçüncü pillədə başa vurublar.
İdman.biz