Bu gün qadın voleybolçular arasında Yüksək Liqada IV turun matçları keçirilib.
İdman.biz xəbər verir ki, 2024-cü ilin son oyun günündə üç qarşılaşma baş tutub.
Yarışın liderləri “Abşeron” və “Azərreyl” GİN-in Voleybol Mərkəzində üz-üzə gəlibər. Oyuna "dəmiryolçular" yaxşı başlasalar da, sonra meydan sahibləri üstünlüyə yiyələniblər. Onlar 3:1 hesabı ilə üstün olublar.
Çempionatın autsayderi UNEC “Gəncə”nin qonağı olub. Gözlənildiyi kimi tələbələr rəqibə ciddi müqavimət göstərə bilməyiblər.
İlin son görüşündə “Milli Aviasiya Akademiyası” “Murov Az Terminal”la qarşılaşıb və mövsümdə ikinci qələbəsini qazanıb.
Yüksək Liqa (qadınlar)
IV tur
19 dekabr
15:00. “Gəncə” - UNEC - 3:0 (25:8, 25:7, 25:11)
Gəncə İdman sarayı
15:00. “Abşeron” - “Azərreyl” - 3:1 (18:25, 25:21, 25:17, 25:16)
GİN-in Voleybol Mərkəzi
17:00. “Milli Aviasiya Akademiyası” - “Murov Az Terminal” - 3:1 (25:20, 23:25, 25:21, 25:19)
GİN-in Voleybol Mərkəzi
1 |
Abşeron |
4 |
4 |
0 |
12-3 |
357-179 |
11 |
2 |
Azərreyl |
4 |
3 |
1 |
10-5 |
263-282 |
8 |
3 |
Gəncə |
4 |
2 |
2 |
8-6 |
299-269 |
7 |
4 |
Milli Aviasiya Akademiyası |
4 |
2 |
2 |
8-9 |
339-373 |
6 |
5 |
Murov Az Terminal |
4 |
1 |
3 |
6-9 |
309-319 |
4 |
6 |
UNEC |
4 |
0 |
4 |
0-12 |
129-300 |
0 |
İdman.biz