“Alba”da çıxış edən Azərbaycan millisinin voleybolçusu Yelizaveta Ruban Rumıniya çempionatının növbəti turunun oyununda yüksək məhsuldarlıq göstərib.
İdman.biz xəbər verir ki, o, komandasının "Konstantsa"ya qalib gəldiyi oyunda 28 xal toplayıb.
Görüşün nəticəsi tay-breyklə həll olunub - 3:2.
Ruban görüşün ən məhsuldar oyunçusu olub, "Alba" isə çempionatda 2-ci yerdədir. Onlar lider Buxarest “Dinamo”sundan 3 xal geri qalsalar da, rəqiblərindən bir oyun az keçiriblər.
İdman.biz