Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işlərini davam etdirir.
İdman.biz xəbər verir ki, AVF nümayəndələri seleksiya tədbirləri çərçivəsində Bakıdakı “İstanbul Bakı” İdman Klubunda olublar.
Mütəxəssislər Bəxtiyar Hüseynov və Pərvin Hüseynovanın rəhbərliyi altında məşq edən 15 yaşadək qızların hazırlığını izləyiblər və kriteriyalara uyğun gələn idmançıların qeydiyyatını aparıblar.
Seçilən 6 voleybolçu gələn ilin yanvarından yeniyetmə və gənc qızlardan ibarət komandaların rəhbəri Şahin Çatma tərəfindən keçiriləcək məşqlərə cəlb olunacaq.
İdman.biz