Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Braziliya liqasının ən effektli hücumçusu olmaqda davam edir.
İdman.biz xəbər verir ki, "Osasko"nun üzvü hazırda çempionatın ən məhsuldar oyunçuları siyahısına başçılıq edir.
Uğurlu hücumların faizini əks etdirən göstəricilərə görə, Polina 38,55 faiz göstərici ilə birinci yerdədir. Sonrakı yerdə “Praia”nın hücumçusu Karol Qattas (38,07%) qərarlaşıb, ilk üçlüyü isə "Minas"lı Taisa (36,9%) tamamlayır.
Qeyd edək ki, "Osasko" hazırda müntəzəm çempionatda 2-ci yerdədir.
İdman.biz