Azərbaycan voleybolçularının komandasında baş məşqçi ayrılığı

Xəbərlər
31 Dekabr 2024 15:03
58
Azərbaycan voleybolçularının komandasında baş məşqçi ayrılığı

Azərbaycan millisinin voleybolçuları Yelizaveta Ruban və Alena Xarçenkonun çıxış etdikləri Rumıniyanın “Alba” klubu baş məşqçisi ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, italiyalı mütəxəssis Marko Musso komandadan ayrılıb.

Vakant vəzifəyə kimin gələcəyi yaxın vaxtlarda bəlli olacaq.

"Alba" müntəzəm çempionatda lider "Dinamo"dan 3 xal geri qalaraq 3-cü yerdədir.

İdman.biz